Найти в Дзене
Son Xeber

Uyuşan Eller Qorxulu Xesteliklerin Xeberçisidir

Bildiyiniz kimi insanın səhhətində baş verən bir çox xəstəliyi əllərinə baxmaqla təyin etmək mümkündür. Həkimlər deyir ki, əllərin üstündəki piqment ləkələri öd kisəsi xəstəliklərindən, əllərin daim soyuq olması qan azlığı (anemiya), əllərin çox isti olması isə qaraciyər xesteliklerinin xeberçisi ola biler

Kompüter qarşısında daha çox vaxt keçirən daha çox əl işləri ilə məşğul olan insanların əllərində keyimə, uyuşma baş verir. Çox zaman bunu yorğunluq bilib fikir vermesekde hekimler bunun gelecekde çox ağır xesteliklere çevrile bileceyini deyir.

En çox el uyuşmaları karpal tunel sindromu, boyunda disk yırtıqları, revmotoloji xəstəliklərdə sinirlərin funksiyasının pozulması ilə bağlı ola bilər.

Karpal-tunel sindromu nədir?

Həkimlerin sözlərinə görə, əl biləyindən keçən sinir damarı təzyiq altında qalıb sıxılır. Bu da ağrılara, əlin keyiməsinə səbəb olur. Sindromun ilkin əlamətlərinin barmaqların uyuşması, tikan batma hissi kimi özünü biruzə verir.

Tez-tez ətrafımızda “barmaqlarım uyuşur” deyən insanlara rast gəlirik. Həkimler deyir ki, bəzi insanlar bu problemi ciddi qəbul etməsələr də, əslində barmaqların uyuşması dediyimiz karpal tunel sindromu, şəkərli diabet xəstəliyi, əzələ spazmı, boyun yırtığı, revmatik xəstəliklər, əzələ xəstəlikləri, skleroz, beyin şişləri, beyin-damar tıxanmaları, qol damarlarındakı tıxanmalar və s. səbəbi ilə yarana bilər.

Hekimler el uyuşmaları olan insanlara vaxtaşırı müayinelerden keçmeyi tovsiye edirler.