ÇAĞANIN TƏRBİYƏSİ
2
Çağanın təlimində vacib şərt var: onu bir nəfər təlim etməlidir, ailədəki hər kəs yox! Ailədə hər kəsin çağanı öyrətməyə çalışması, ona qulluq etməsi çox boyük səhvdir, axı bu, körpənin xarakterinin formalaşmasına mane olur. Hər kəs özünəməxsus təsirlər göstərir, hər kəsin də təsiri digərinkindən fərqlənir. Hərçənd, daha çox olur ki, valideynlər çağanın təlimi barədə ümumiyyətlə düşünmürlər. Onlar hesab edirlər ki, körpə, çağa vaxtında – oyuncaqdır, kukladır; hər kəs onu götürə və oynada bilər. Onlar heç təsəvvür də etmirlər ki, məhz bu anlar ruhun həyatının ən vacib anlarıdır. İnkişaf üçün bu cür fürsət ruha bir daha verilməyəcək.
Körpəni ana təlim etməlidir, ya ata? Kişinin həyatı onun bütün diqqətinin işə cəmlənməyini tələb edir; ana isə öz körpəsinə qarşı fitri məsuliyyətlə doğulur. Odur ki, ana – körpənin təliminə ilk haqqı olandır. Bundan əlavə, məhz ana, körpənin ilk günlərində onu sakitləşdirməyi bacarır, çünki çağa – anasının canındandır, odur ki, ana ruhunun ritmi ilə çağa ruhunun ritmi də eynidir. Bizə ali aləmlərdən verilən ruh qəbul edilir, böyüyür və öz anasının qayğısına təhvil verilir. Odur ki, ana – ruhun ən yaxın dostudur. Əgər ata nə isə edə bilərsə də, o da yalnız anaya və ya tərbiyəçiyə çağanı təlim etməkdə yardımçı olmaqdır. Əgər çağa vaxtında körpə tamamilə atasının öhdəsinə verilsə, o zaman hər şeyin normal olacağına ümid azalır: axı kişi özü axır günlərinə qədər uşaq olaraq qalır, çağaya indi lazım olan kömək isə - ana köməyidir. Yenə də uşağın həyatında elə bir vaxt gələcək ki, atanın təsiri də bu qədər vacib olacaq. Amma bu sonra olacaq, indi, uşağın çağalıq dövründə yox. Necə ki, bramin deyərdi, birinci Quru(ustad) – anadır, ikinci Quru – atadır, üçüncü Quru isə - müəllimdir.
Körpəni təlim etmək üçün onu əllərinə götürən bu yeganə insan, ilk olaraq, onunla dostlaşmalıdır. Hindistanda, fillərin arasında yaşamağa adət etmiş Madzub adında bir müdrik vardı. O, fillərlə öz çörəyini bölüşürdü, onların arasında yatırdı. Həmçinin, fillərə baxmaq üçün təhkim olunmuş başqaları da var idi orada. Filləri yönəltmək üçün onlar nizədən və qışqırmaqdan istifadə edirdilər. Və çox zaman fillər onlara itaət edirdilər. Amma olurdu ki, hansısa filin dəliliyi tuturdu, onlara qulaq asmırdı, olurdu ki filəbaxan həlak olurdu. Filin dəliliyi tutanda filəbaxanı tanımırdı. Amma müdrik bütün fillərlə dost idi, dəlisovları ilə də, sakitləri ilə də - hamısı ilə və hər biri ilə. O, fillərə yaxınlaşırdı, qaşıyırdı onları, söhbət edirdi onlarla və onların arasında da qayğısız yuxuya gedirdi: və heç zaman fillər ona dəymirdilər.
Bu nəyi göstərir? Bu göstərir ki, iki cür idarəetmə üsulu var. Birinci üsul – tabe etmək, ikinci üsul – dostluq. Özünüzə tabe edərək, siz tabe edilənin iradəsini alçaltmış olacaqsınız; dostlaşaraq, siz onun iradə qüvvəsini möhkəmləndirəcəksiniz və eyni zamanda ona kömək edəcəksiniz. Birinci halda siz insandan kölə düzəldəcəksiniz, ikinci halda isə - padşah. Körpəni öyrədərkən, həmişə yadda saxlayın, onun təfəkkür qüvvəsini və ya, eyni şeydir, onun iradə qüvvəsini sındırmaq olmaz. Bununla yanaşı, yenə də ona nəzarət etmək vacibdir.
...ardı var..