ÇAĞANIN TƏRBİYƏSİ 1 Uşağın həyatında tərbiyənin qəbul edilməsi üçün “hələ tezdir” anlayışı yoxdur. Yeni doğulmuş körpənin ruhu – hələ heç bir ekspozisiyaya məruz qalmamış fotoqrafik lövhəyə(lentə) bənzəyir: ora düşən hər bir təəsürat həkk olunur; sonrakı təəsüratlardan heç biri bu cür həkk ola bilməyəcək. Bu səbəbdən də, valideynləri və ya tərbiyəçiləri uşağa çağa vaxtından təsir etmək imkanını əldən versələr, onlar həyatlarındakı ən böyük imkanı itirmiş olacaqlar. Şərqdə inanc var ki, arzuolunmaz insanı çağanın yanına buraxmaq olmaz. Əgər valideynləri və ya qohumları hesab edirlərsə ki, hər hansı bir insan çağaya yaxınlaşmamalıdır, bu o səbəbədir ki, çağa – fotoqrafik yaddaşa malikdir. Çağanın ruhu neqativdir, o, hər bir təsirə həssasdır; beləliklə, ruha düşən ilk təsürat, orada həkk olunur. İlk olaraq, körpə dünyaya mələklər və cinlər aləmindən təsirlənmiş ruh ilə gəlir; bununla yanaşı, o, öz valideynlərinin və onların ailələrinin müəyyən dünyəvi xüsusiyyətlərini də miras olaraq q