Pank qrup “Pussy Riot” futbol üzrə dünya çempionatının final oyununu “Milis oyuna girir” aksiyası ilə bölüb. Dünən “Lujniki” stadionunda keçirilən Fransa və Xorvatiya milli komandaları arasındakı oyunun ikinci hissəsinin əvvəlində polis geyimli 4 nəfər meydana girib. Onlar dərhal meydandan uzaqlaşdırılıblar. “Pussy Riot” hadisədən dərhal sonra facebook-da paylaşım edərək aksiyanın məzmununu izah ediblər. Aksiya Dmitri Priqovun ölümünün 11 illiyi ilə bağlı olduğu açıqlanıb. Dmitri Priqov rus mədəniyyətində milis obrazını yaradıb. Öz facebook müraciətlərində qrup 6 əsas tələbini qeyd edib: Pussy Riot video müraciət də edib. Lakin FIFA şikayət edərək videonu youtube-da bloklayıb. Təbii ki, video ikinci dəfə yüklənib və izləmək mümkündür. Aksiya iştirakçıları polis idarəsinə aparılıb və barələrində protokol tərtib edilib. Onlar “idman yarışlarını izləyənlərin müquqlarının pozulması” və “qanunsuz olaraq forma geyinmək” maddələri ilə ittiham edilirlər. Bu ittihamlara əsasən onları ümum
“Milis oyuna girir” – “Pussy Riot” niyə dünya çempionatının finalında meydana girdi
18 июля 201818 июл 2018
2
1 мин