1,0×
23 просмотра · 8 месяцев назад
00:00/08:58
Описание
"Gözəl Quba" mahnısı - Xəyyam Nisanov + Maraqlı fikirlər | "Hər zaman musiqi" verilişi
8 месяцев назад • 23 просмотра7 поставили "Нравится"
Vaxt musiqinindir, Qubamıza həsr edilən ən gözəl mahnılardan biri ..."Gözəl Quba" — bəstəkar Mircabbar Seyidrüstəmzadənin (Səid Rüstəmov) şair Mirmehdi Seyidzadənin sözlərinə bəstələdiyi mahnıdır. Mahnı 6/8 xanə ölçülü, bənd və nəqəratdən ibarət quruluşlu və rəqs xarakterlidir. Mahnıda Qubanın bir tərəfdən Şahdağ, digər tərəfdən Xəzərlə əhatə olunduğu, meyvəli bağları, almaları, fəsilləri, bir sözlə Qubanın vəsfi yer alır. "Gözəl Quba" mahnısı mi-major tonallığında yazılmış və segah muğamının intonasiyaları üzərində qurulmuşdur. Bəstəkarın fortepiano və səs üçün yazılmış mahnılarının 1961-ci ildə nəşr edilmiş partiturasında "Gözəl Quba" mahnısıda yer alıb. Musiqinin ifaçıları sırasında görkəmli sənətkarlarımız Gülağa Məmmədov (1976), Reyhan Müslümova və Nisə Qasımova yer almaqdadır.
2023-cü ildə İTV-nin efirində yayımalanan "Hər zaman musiqi" verilişində əməkdar artist Xəyyam Nisanovun ifasında bu mahnı dinlənilib, eyni zamanda maraqlı fikirlər bölüşülüb. Ən maraqlı yanaşmalardan biri yazıçı Aqşin Yenisey tərəfindən oldu.
t.me/s/QubaKhanate - Telegram @QubaKhanate ☑️