Insanlar qida və sığınacaq tapmaq üçün, ticarətlə məşğul olmaq və ya sadəcə gəzmək üçün qədim zamanlardan bir yerdən başqa yerə gedib. Bunun üçün müxtəlif nəqliyyat vasitələrindən istifadə ediblər. Uzunqulaqdan, öküz arabalarından,atdan daha sonralar isə müasir nəqliyyat vasitələrindən istifadə edilib. Nəqliyyat vasitələri Yerüstü, Yeraltı(metro), Su və Hava nəqliyyat vasitələrinə bölünür. YERÜSTÜ Yerüstü nəqliyyatına : Sərnişin (avtomobil,avtobus,qatar,troleybus,tramvay misal göstərmək olar), yük, tikinti(traktor,qaldırıcı kran,ekskavator, kombayn) hərbi (tank) və xüsusi (polis,təcili yardım,yanğınsöndürən) nəqliyyat vasitələri aiddir. Yerüstü nəqliyyata: Sərnişin, yük, tikinti, hərbi və xüsusi nəqliyyat vasitələri aiddir. Avtomobillər şin təkərli nəqliyyat vasitəsidir. Avtomobillər asfalt hətta yolsuzluq şəraitində hərəkət edir. Əksər maşınlar benzin və ya dizel ilə işləyirsə bəzi avtomobillər enerji batareyaları və günəş enerjisi ilə də işləyirlər. İlk istehsal olunan avtomobil Benz