Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışda daha 2 erməninin öldüyü məlum olub. “Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, partlayışda ölən ermənilərin sayı 13-ə çatıb. Bildirilib ki, hadisə nəticəsində 250 erməni yaralanıb. Xatırladaq ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 154 nəfər ölüb, 5 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb.
Beyrutda partlayışda ölən ermənilərin sayı artmaqda davam edir
7 августа 20207 авг 2020
~1 мин