Найти тему
Intime.az

Astara gömrük postunda keçid dayandırıldı

Astara kecid  postu
Astara kecid postu

Astara Gömrük Postundan İrana keçid müvəqqəti dayandırılıb.

Intime.az xəbər verir ki, bu barədə Cənub Ərazi Baş Gömrük İdarəsindən “Report”un yerli bürosuna məlumat verilib. Bildirilib ki, bu, müvəqqəti və profilaktik xarakterlidir. 

Gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılır. Proses gündə bir dəfə həyata keçiriləcək.