“Qaya” ləqəbi ilə məşhur olan Amerika aktyoru və restler Dueyn Conson və ailəsi koronavirusdan sağalıb. “Report”un məlumatına görə, bu barədə aktyor özü “Instagram”da bildirib. "Arvadım Loren, iki qızım və mənim COVID-19 testimiz müsbət oldu. Mən sizə deyə bilərəm ki, bu, bizim ailə kimi keçdiyimiz ən mürəkkəb sınaqlardan biri idi", - Conson qeyd edib. Aktyor əlavə edib ki, o və ailəsi artıq sağalıb. Dueyn Conson "Forsaj", “Əqrəblərin şahı”, habelə digər filmlərdəki rolları ilə məşhurdur.
“Forsaj” filminin məşhur aktyoru COVID-19-dan sağalıb
3 сентября 20203 сен 2020
~1 мин