Приветствую. Эта история произошла в 1990 году в Хвалынске, что в Саратовской области. Однажды ранним утром соседи обнаружили лежащего возле своего забора Владимира Елесина. Он был связан и находился без сознания. На майке виднелись следы крови, всё лицо в ссадинах и синяках. Мужчине крепко досталось от кого-то, но он был жив. Сразу же вызвали скорую помощь и милицию. Пока медики оказывали помощь потерпевшему, сотрудники милиции решили проверить дом - возможно, было совершено ограбление? Они зашли во двор и тут же застыли, ошеломлённые...
Bugün Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19-20 sentyabr 2023-cü ildə Qarabağ iqtisadi zonasında keçirilən lokal xatarkterli antiterror əməliyyatları zamanı şəhid olan əsgər, MAHHXHQ Əliyev Orxan Eldar oğlu və əsgər Ələkbərov Ramal Elnur oğlunun xatirəsi yad edilib. Gəncə şəhərinin Şəhidlər xiyabanında keçirilən ildönümü mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, I Qarabağ və Vətən müharibəsi iştirakçıları və şəhidlərin ailə üzvləri iştirak ediblər. Qeyd olunub ki, Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrundan canlarını fəda edən şəhidlərimizin xatirəsi daim əziz tutulur. Dövlətimiz tərəfindən şəhid ailələri, müharibə əlilləri, iştirakçıları və veteranları da xüsusi diqqətdə saxlanılır. Mərasim iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, üzərlərinə tər çiçəklər düzüblər. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr dilənib.