Найти в Дзене
Sözün düzü

Nənəmizin nağıllarından zəmanəmizin nağıllarına

Biri vardı biri yoxdu... Maariflənmənin ilk addımları. Beləcə şifahi xalq ədəbiyyatı nənələrin dilindən uşaq ikən, insanların şüuruna yol tapır, xeyirnən şərin daimi mücadiləsində sağlam ruhun hansı yönü tutmasın aşılayırdı. Belə bir deyim var “ nağıl yalandı, amma hər nağılda bir işarə var”. Məncə bu uşarə uşaqlıq dövrümüzün ilk mayakıdır, həyatın qəddar qayalarına çırpılmamaq üçün. Təəssüf ki bütün nağılların sonu olan kimi uşaqlığın da son baharı bizi haqlayır. Beləcə keçid alırıq nənəmnizin nağıllarından zəmanəmizin nağıllarına... Zəmanəmizin nağılları nənəmizin nağıllarına bənzəməz. Çünki bu nağıllarda qəhrəmanlar olmur. Bu nağılları danışanlar nənələrimiz kimi bizi qoynuna almır, hündür, əzəmətli və ən başlıcası mühafizəsi olan binalarda məskunlaşırlar. Ölməz Kaşşeyin qalası kimi... Zəmanimizin nağılları boldu, onları yayanlar doluşublar kütləvi informasiya vasitələrinə. Küpə girən qarıların qarğaları kimi millətə “nağıl” danışır, əyri güzgülər səltənətindəki kimi, göz qırpmadan

Biri vardı biri yoxdu... Maariflənmənin ilk addımları. Beləcə şifahi xalq ədəbiyyatı nənələrin dilindən uşaq ikən, insanların şüuruna yol tapır, xeyirnən şərin daimi mücadiləsində sağlam ruhun hansı yönü tutmasın aşılayırdı. Belə bir deyim var “ nağıl yalandı, amma hər nağılda bir işarə var”. Məncə bu uşarə uşaqlıq dövrümüzün ilk mayakıdır, həyatın qəddar qayalarına çırpılmamaq üçün. Təəssüf ki bütün nağılların sonu olan kimi uşaqlığın da son baharı bizi haqlayır. Beləcə keçid alırıq nənəmnizin nağıllarından zəmanəmizin nağıllarına...

Zəmanəmizin nağılları nənəmizin nağıllarına bənzəməz. Çünki bu nağıllarda qəhrəmanlar olmur. Bu nağılları danışanlar nənələrimiz kimi bizi qoynuna almır, hündür, əzəmətli və ən başlıcası mühafizəsi olan binalarda məskunlaşırlar. Ölməz Kaşşeyin qalası kimi...

Zəmanimizin nağılları boldu, onları yayanlar doluşublar kütləvi informasiya vasitələrinə. Küpə girən qarıların qarğaları kimi millətə “nağıl” danışır, əyri güzgülər səltənətindəki kimi, göz qırpmadan çəkiliş kameralarına timsah gülüşü ilə bəzədilmiş sifətlərini tanıtmaqdan heç çəkinmirlər. Bu gün trenddə olan zəmanə nağılları acımasızlığı ilə uşaqlıq nağıllarımıza bənzəməsələr də, baxırsan ki oxşarlıq çoxdur.

Ölkəmizdə Tarif Şurası deyilən bir qurum var. Yadıma düşür Aqil Abbasın o vaxtkı “Ədalət”i. Filan vəzifəni filankəs tutur. İndi isə demək lazımdı ki ümumiyyətlə belə bir qurum var. Müəmma ilə dolu bu Tarif Şurası Ələddinin sehirli lampası kimi, sanki hansısa quyunun dibindədir, vaxtı çatana kimi. Yəni Əlihəzrət əl, lampanı sürtənə kimi. O dəqiqə nöyüt tüstüsü aləmi bürüyür, cinin əvəzinə Tarif Şurası peyda olur və zavallı millət, ölkədə vacib sahələrdə qiymət artımından xəbər tutur. Təkcə neft məhsullarının artımı domino effektini yaradır, zəncirvari artım bütün sahələri əhatə edir. Adam az qalır yalvarsın ki, qardaş bu zəhirmar əmək haqqını, təqaüdü qaldırmayın, axırı bumeranq kimi artımın kəlləsinə çırpılır.

Ya da Nazirlər Kabineti yanında Operativ Qərərgah, lap Məlikməmmədin nağılındakı əjdaha suyun qabağını kəsən kimi, quru sərhədləri açmır ki, açmır. Səbəb təhlükəsizlik naminə. Əcəb nağıldı. Əjdaha qardaşın məntiqinə görə,havadan təhlükə yoxdur. Halbuki terroristlər daha çox hava məkanından ölkəyə daxil olurlar, əgər içdən aralarına yerli satqınlar cəlb olunmurlarsa. Ya da bu qurumun düşüncəsinə görə, hava sərhədlərimiz daha etibarlı qorunur, nəinki quru sərhədlərimiz. Əslində isə, səbəb göz qabağındadır. Statistik rəqəmlər göstərir ki, Azərbaycan əhalisinin az hissəsi tez tez, populyar ölkələrə səyahət edir. Çox hissəsi qardaş Türkiyə və qonşularımız Gürcüstanla Rusiyanı seçirlər. İndi qalır hesablamaq uçaq bileti ilə, digər nəqliyyat vasitlərin təxmini qiymətini. Bir də baxaq ölkə daxilindəki otellər və ailəvi istrahət mərkəzlərinə. Baxın görün quru sərhədlər bağlanan vaxtdan, bu məkanlarda qiymətlər nə qədər qalxıb? Bu məkanların əksəriyyətinin kimlərə aid olmağı hamıya bəlli. Hamı əjdahanın qohum-əqrabası. Məlikməmməd də ilişib qalıb nənələrimizin nağıllarında. Qara qoç AZAL-a transfer olunub Zümrüd quşu da, çoxdan qırmızı kitaba düşüb...

Sizi dostlar çox yormuyacam, digərlərin özünüz bənzədin. Amma bir şey acı həqiqətə dönüb. Zəmanəmizin nağılları nənələrimizin nağıllarının qatilinə çevrilib. Divlər məmləkətində cirtdanlara yer qalmayıb.

Həmsöhbətiniz Aqşin Hidayətoğlu