Найти тему
Quba Xanlığı

"Cavanan-e Ləzgi" adlanan hərbi dəstə və Quba xanlığında yaşayan ləzgilər barədə

✍🏻📜 Görkəmli sənətşünas, Dağıstanın əməkdar elm xadimi Səlim Xan-Maqomedov yazır:

"Третья часть территории, на которой живут лезгины, входила в состав Кубинского ханства. Это владение не было чисто лезгинским по своему составу, и лезгины не являлись там главенствующей народностью."

"Ləzgilərin yaşadığı ərazinin üçüncü hissəsi Quba xanlığının tərkibində idi. Bura demoqrafik tərkibinə görə sırf ləzgilərdən ibarət deyildi və o cümlədən, ləzgilər orada dominant xalq deyildi."

✍🏻📜 Eyni fakt, əslən ləzgi olan Səriyə Ağaşirinova tərəfindən də təsdiq edilir. O, xanlıqda ləzgilərin üstünlük təşkil edən etnik qrup olmadığını yazır.

📍 Ümumiyyətlə qeyd etməkdə fayda var ki, azərbaycanlıları "
tatar" adlandıran bir çox mənbələr kimi, Rusiya imperiyasında "ləzgilər" adı Dağıstan bölgəsində və qisməndə Baş Qafqaz silsiləsinin cənub yamacında məskunlaşan çoxsaylı dağ tayfaları üçün ortaq termin kimi istifadə edilmişdir. Xüsusi mənbə qeyd edir ki, "ləzgi" termini əvvəlcə Cənubi Dağıstan xalqlarının adı olub, lakin sonradan spesifik olaraq Dağıstanın digər etnik qruplarına şamil edilib. İndiki mənasında ləzgi xalqı üçün xüsusi təyinat kimi bu termin rəsmi olaraq 1920-ci illərdən istifadə olunur. Bundan əvvəl bu termin səhvən Dağıstanın bütün qeyri-türk dağ xalqlarına aid edilirdi. Məsələn, 1800-cü illərə aid sənədlər var ki, avar milləti ümumi ləzgi adı altında göstərirlər

⚡⚔️⚡ Quba xanlığının əhalisinin bir hissəsini xanlarına sədaqətlə xidmət edən ləzgilər təşkil edirdi. “Möcəmal ət-Təvarix” (1780) tarixi salnaməsinin müəllifi Əbül-Həsən Gülistanın dediyinə görə, “
Ləzgi gəncləri (Cavanan-e Ləzgi)” adlanan 10 000 tüfəngçi Fəth Əli xanın xidmətində idi.

🔥 Quba xanlığında etnik və dini bərabərlik çox diqqətəlayiq səviyyədə olub. Torpaqlarımızın azadlığı və inkişafı uğrunda canından keçən bütün millətləri, bu yazıya özəl olaraq isə "Ləzgi gəncləri"ni daim hörmətlə yad edirəm!

Əlavələr

Xüsusi mənbə: Б. Алиев. М. Умаханов. Историческая география Дагестана XVII — нач. XIX в: историческая география Южного Дагестана. Махачкала, 1999. — Səh. 54.

Əsas mənbələr:

Хан-Магомедов С. О. Лезгинское народное зодчество. — М.: Наука, 1969. — Səh. 12.

Агаширинова С. С.
Материальная культура лезгин XIX — начало XX в. — Наука, 1978. — Səh. 3.

Həmçinin bax: Quba xanlarının etnik mənsubiyyəti barəsində suallara cavab

Telegram-da "Quba Xanlığı" səhifəsinə abunə olmaq üçün linkə klik et.

-2