Bu yazıda sizləri mal və qoyun cəmdəyinin kulinar bölgüsü ilə tanış edəcəyəm.
Mal cəmdəyinin bölgüsü :
Mal əti adətən 13 hissəyə bölünür. Bunlar :
1 – boyun; 2 – kürək; 3 – döş; 4 – qabırğa hissəsi; 5 – bel əti; 6 – miyantəng; 7 – can əti; 8 – qasıq; 9 – dal ayağın yuxarı hissəsi; 10 – dal ayağın xarici hissəsi; 11 – dal ayağın yan hissəsi; 12 – dal ayağın içəri hissəsi; 13 – maça.
Öz özlüyündə bu hissələrdə 4 növə bölünür :
Əla növ : Can əti - ətin ən zərif hissəsi hesab olunur. Qovurma,qızartma,basdırma üçün istifadə edilir. Eləcədə rostbif, langet, file, bifşteks,befstroqanov xörəkləri və kabab üçün istifadə edilir
I-ci növ : Bel əti və miyantəng, dal ayağın yuxarı və içəri hissələri -Qovurma,qızartma,basdırma(bel əti) üçün istifadə edilir. Eləcədə bel əti və miyantəngdən rostbif, antrekot,befstroqanov, romşteks xörəkləri üçün istifadə olunur.
II-ci növ : Dal ayağın yan və zahiri hissələri, kürək (çiyin və çiyinarxası hissələri), döş hissəsi - Ümumi isti emal və suda bişirmək üçün istifadə olunur
III-ci növ : Boyun, qabırğa hissəsi, qasıq və əla, I və II sort ət təmizlənəndə çıxan bütün qırıntılar.Sümük və vətərlər (tullantı).Parçalanan zaman cəmdəyin itkisi - Suda bişirmək və kotlet kütləsi üçün, bulyon hazırlanması üçün istifadə edilir
Qoyun cəmdəyinin bölgüsü :
1 – boyun; 2 – kürək; 3 – bel hissəsi; 4 – döş hissəsi; 5 – dal ayaq.
1 – boyun : Doğranmış və ya çəkilmiş kütlə hazırlamaq, öz suyunda bişirmək üçün
2 – kürək : Bütöv (rulet şəklində),suda və soba bişirmək, plov üçün istifadə olunur
3 – bel hissəsi : Qızartma və kabab üçün istifadə olunur
4 – döş hissəsi : Suda bişirmək,farş, raqu üçün istifadə olunur
5 – dal ayaq : Şnitsel,qızartma,kabab üçün istifadə olunur