Əl mikserləri haqqda
Bu tip mikserlər əsasən az gücə (150-400 volt bəzən 700 voltluq da olur) sahib olur. Əl mikseri adlandırılmasının səbəbi isə bu mikserlərlə işləyən zaman onları əldə tutmağın lazım olmasıdır. Ama bu böyük problem yatarmır çünki bu tip mikserlər çox böyük deyil və yüngüldür.(çəkisi 3 kq qədər olur) Kiçik və dəqiq yemək porsiyalarını hazırlamaq üçün bu tip mikserlər idealdır.
Necə volt gücə sahib əl mikseri seçməliyəm?
Cavab : Gücü 150-dən 250 volta qədər olan kiçik gücə sahib qurğular az miqdarda inqrediyentlərlə işləmək və maye qarışıqların (krem, biskvit xəmirinin və ya blinçiklər üçün) hazırlanması üçün yarayır. Bu mikserlərə yüksək yüklənmələr mühərrikin həddən artıq qızmasına səbəb olacaq və nəticədə cihaz tez sıradan çıxacaq.
300-dən 500 volta qədər olan əl mikserləri güclü modellər sayılır və müxtəlif tutarlılıqlı xəmirlərin qarışdırılmasının öhdəsinən asanlıqla gəlir. Buna görə də, bu cür cihazların köməyi ilə kokteyllər, krem, omlet, blinçik və kökələr üçün xəmir, souslar, tort üçün xamalı və yağlı kremlər hazırlaya bilərsiniz.
Gücü 250+ volt olan əl mikserləri daha dözümlüdür və böyük həcmli işin öhdəsindən asanlıqla gələ bilər, eyni zamanda iş zamanı mikserin mühərrikidə çox qızmır. Bu cür mikser daha uzunmüddətli sayılır
Ən populyar əl mikseri brendləri :
Kenwood
Bosch
Philips
REDMOND
Braun
KitchenAid
Stasionar mikserlər(stol üstü)
Belə mətbəx aqreqatları daha ağır çəkiyə sahibdir. Bu isə təəccüblü deyil, axı stasionar mikser kasadan və korpusdan ibarətdir. Mikserin içərisində mühərrik quraşdırılmışdır və əl modellərindən fərqli olaraq bu daha güclüdür. Bu cür cihazların gücü 450 voltdan başlayır və 2700 volta qədər çata bilər. Çəkisi-ölçüsündən asılı olaraq 5-dan 12 kq-a qədər dəyişə bilər
Stasionar mikserin müsbət cəhətlərindən biridə oldur ki, bütün işləri müstəqil şəkildə yerinə yetirir. Əgər mikserin kasası fırlanma funksiyasına malikdirsə, onda xörək bərabər şəkildə və daha dəqiq qarışdırılır. Belə mikserləri planetar mikserlər adlandırırlar.(yer kürəsinin öz oxu ətrafında fırlanması ilə analoji olaraq )
Başqa bir maraqlı xüsusiyyət —başlıqlar yalnız üfüqi olaraq deyil, həm də şaquli hərəkət edə bilir. Bu zaman isə maddələr oksigen ilə qidalanır və daha möhtəşəm olur.
180-dan 500 volt-a qədər olan aşağı güclü mikserlər püre, sadə kremlər, kokteyllər, uşaq qidası üçün nəzərdə tutulmuşdur. Kulinarlar üçün isə gücü 500-dan 900 Volta-a qədər cihazlar uyğundur. Böyük həcmli qabları olan stasionar mikserlər 1000 Volt və ya daha çox gücə sahib mühərriklə təmin edilir çünki zəif mühərriklə böyük həcmləri idarə etmək mümkün deyil. Məsələn 5 l tutumu olan cihaz üçün 1200-2700 Volt mühərrik quraşdırılır. Amma belə mikserlər artıq mətbəx kombaynlarına bənzəyir.
Ən populyar stasionar mikser brendləri :
Kenwood
Bosch
Philips
KitchenAid
Smeg
Moulinex
Ət çəkən maşınların gücü necə volt olmalıdır
Güc - cihazın məhsuldarlığına təsir edən ən vacib amildir. Bir qayda olaraq, istehsalçı texniki pasportda ət çəkən maşının gücünün iki ölçüsünü göstərir: nominal və maksimum.
800 volta qədər olan maşınlar kiçik ət parçalarını çəkməyə kömək edəcək, hansılarda ki, yağ yoxdur və ya demək olar ki, yoxdur. Belə bir cihazdan çox şey tələb etməyin. Bu gücdə cihazların mühərrikinin temperaturuna nəzarət etmək lazımdır.
900 – dən 1400 Volt-a qədər gücə sahib olan ətçəkən maşınlar ev istifadəsi üçün ən optimal variant hesab olunur. Belə cihaz tez və inamla istənilən ətinin öhdəsindən gələcək.
1500 voltdan güclü olan ətçəkən maşınlar peşəkar istifadə üçün daha uyğun gəlir. Bu cür ətçəkənlər daha çox enerji istehlak edir və buna görə də daha səs-küylü olur.
Gücü 1000-1500 Volt arasında dəyişən ətçəkən maşınlarla elektrik enerjisinə qənaət etmək mümkün olmayacaq. Bu isə təbiidir: cihaz nə qədər güclü olsa, o qədər çox enerji sərf edir.
Ən populyar ətçəkən brendləri :
Kenwood
Bosch
KitchenAid
Moulinex
Panasonic
Polaris
REDMOND