Найти тему
Report Informasiya Agentliyi

Bu gün Yerə maksimal məsafədə asteroid yaxınlaşacaq

Ölçüləri mütəxəssislər tərəfindən 84-190 metr qiymətləndirilən 2009 PQ1 asteroidi bu gün axşam saatlarında Yer kürəsinə yaxınlaşacaq.

“Report” xəbər verir ki, bu barədə NASA bildirib.

Mütəxəssilər qeyd edirlər ki, göy cizmi Yer sakinləri üçün heç bir təhlükə törətməyəcək, çünki o, çox uzaq məsafədə uçacaq.

2009 PQ1 asteroidi saat 20:35-də Yer kürəsindən 4 milyon kilometr məsafədə uçacaq. Bu, Yerlə Ay arasındakı məsafədən yeddi dəfə uzaqdır. Səma cismi gələn dəfə Yer kürəsinə bir də 2137 ildə yaxınlaşacaq.

Qeyd edək ki, bu asteroid 2009-cu ilin 14 avqustunda kəşf edilib. O, uçuşu Yer kürəsinin orbitindən keçən "Apollon" asteroidlər qrupuna aiddir.